Prezident oğluna vezife verdi
01 Dekabr 2013 Bazar 01:55
25 yaşlı genc ölkenin gömrük xidmetine rehberlik edecek.
Tacikistan prezidenti Emomeli Rehmonoğluna vezife verib. ANS PRESS-in lenta.ru-ya istinadla verdiyi melumata göre, prezident böyük oğlu Rüstem Emomalini milli gömrük xidmetinin rehberi teyin edib.
Daha önce 25 yaşlı genc gömrük xidmetinin reis müavini vezifesini tutur ve qaçaqmalçılıqla mübarize idaresine rehberlik edib.
2012-ci ilin yanvarından genc Rüstem hemçinin Tacikistanın Futbol federasiyasına rehberlik edib. O, vaxtaşırı Düşenbenin "İstiklol" klubunda da çıxış edib.
Tacikistan prezidentinin ümumilikde 9 uşağı var. 2010-cu ilde o qızı Ozod Rahmonu xarici işler nazirinin müavini teyin edib. Dövlet başçısının diger qızı Zarina Rahmon dövlet televiziyasında diktordur.
Kişik oğlu Somon Rahmon ise 2012-ci ilde Buxarest informasiya texnologiyaları beynelxalq Olimpiadasında en yaxşı layihenin müellifi seçilib.
DOSTLARINLA PAYLAŞ: