Prezident naziri istefaya göndərdi
30 Mart 2011 Çərşənbə 05:06
Türkmənistan MT naziri Çarımurat Amanovu Yalım Berdıev əvəzləyib
Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammədov Təhlükəsizlik Şurasının iclasında işlərində olan qüsurlara görə Milli təhlükəsizlik naziri general mayor Çarımurat Amanovu istefaya göndərib. Qeyd edək ki, Amanov bu vəzifədə 2007-ci ilin oktyabr ayından bəri işləyirmiş. Bundan əvvəl isə o prezident mühafizə xidmətinin rəisi vəzifəsində çalışıb.

Yeni Milli təhlükəsizlik naziri isə təhlükəsizlik şurasının katibi Yalım Berdıev təyin olunub. Berdıev yeni vəzifəsi ilə yanaşı Təhlükəsizlik Şurasının katibi vəzifəsini də qoruyub saxlayıb. Qeyd edək ki, Berdıev bundan əvvəl Müdafiə naziri vəzifəsində çalışıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar