Prezident məmurlara xaricdə pul saxlamağı qadağan etdi
12 Fevral 2013 Çərşənbə Axşamı 17:02
Vladimir Putin müvafiq qanun layihəsini Dumaya göndərib
Rusiya prezidenti Vladimir Putin məmurlara xaricdə bank hesablarına sahib olmağa qadağa qoyub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq ölkə başçısı bununla bağlı qanun layihəsini Rusiya Dövlət Dumasına göndərib.

Qanun layihəsinə görə, bundan sonra dövlət qulluqçularına, onların həyat yoldaşlarına və övladlarına xaricdəki banklarda pul hesablarını açmaq yasaqlanacaq.

Hazırda məmurlara xaricdə mülk və evə sahib olmalarına qadağa qoyan qanun layihəsi Dövlət Dumada baxılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar