Prezident istirahət zamanı bu işlə məşğul olur
01 May 2013 Çərşənbə 12:09
Aleksandr Lukaşenko: Bilmək olmaz sabah nə olacaq.
Belarus prezidenti Aleksandr Lukaşenko istirahət vaxtlarında əsasən kənd təsərrüfatı ilə məşğul olduğunu açıqlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Lukaşenko bu barədə Belarus aqrar universitetinin tələbələri ilə görüşərkən danışıb.

"İqamətgahın bütün sahəsini ideal şəkildə biçirəm. Bunu formada qalmaq üçün edirəm. Həm də mənim fermam da var: keçilər, qoyunlar, inəklər- ona görə də heyvanları qismən də olsa yemləməliyəm. Hələ odun da doğrayıram",- deyə Lukaşenko bildirib.

Belarus prezidenti bütün bunların lazımlı biliklər olduğunu deyib: "Bu gün biznesmensən, amma sabah kim olacaqsan? Bilmək olmaz sabah nə olacaq".



DOSTLARINLA PAYLAŞ:

oyunlar