Prezident hökumeti istefaya gönderib
24 İyul 2013 Çərşənbə 04:16
Cenubi Sudan Respublikasının prezidenti hökumetin bütün üzvlerini ve vitse-prezidenti tutduqları vezifeden azad edib.
Cənubi Sudan Respublikasının prezidenti Salva Kir hökumətin bütün üzvlərini və vitse-prezidenti tutduqları vəzifədən azad edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Cənubi Sudan prezidentinin fərmanına əsasən, yeni kabinet formalaşanadək nazir müavinlərinə qurum rəhbərlərinin vəzifələrini müvəqqəti icra etmək həvalə olunub. Bundan başqa, Salva Kir nazirliklərin sayını 30-dan 18-dək azaldıb.

Qeyri rəsmi məlumatlara görə, istefalara səbəb prezidentin hökumətin tərkibində ciddi dəyişikliklər etmək niyyəti olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar