Prezident baş nazirin müavinini vəzifəsindən azad edib
08 May 2013 Çərşənbə 23:12
Dövlət başçısının qərarına hansı amillərin təsir etdiyi məlum deyil.
Rusiya prezidenti Vladimir Putin baş nazirin müavini Vladislav Surkovu vəzifəsindən azad edib. Putinin mayın 8-də imzaladığı sənəddə Surkovun bu vəzifədən öz istəyilə ayrıldığı bildirilir. Surkovun vəzifədən uzaqlaşdırılmasının səbəbləri hələlik məlum deyil. Bəzi iddialara görə, baş nazirin müavini "Skolkovo" innovasiya layihəsi ilə bağlı İstintaq Komitəsinin rəsmisi Vladimir Markinlə mübahisəyə görə işdən çıxarılıb. Lakin Putinin mətbuat katibi bu iddianı təkzib edib.

Qeyd edək ki, Surkov mayın 1-də "Skolkovo" Fondunu qanun pozuntusunda ittiham edən Markinə sərt şəkildə etiraz edərək bu iddiaların sübuta yetirilməli olduğunu deyib. Markinlə Surkov arasındakı mübahisə sonrakı günlərdə də qəzet səhifələrində davam edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar