Prezident baş nazirin müavinini işdən çıxardı
08 May 2013 Çərşənbə 15:49
Vladimir Putin Vladislav Surkovu öz istəyi ilə vəzifəsindən azad edib.
Rusiya prezidenti Vladimir Putin baş nazirin müavini Vladislav Surkovu vəzifədən azad edib. ANS PRESS-in məlumatına görə, bu barədə Kremlin rəsmi saytında Vladimir Putinin müvafiq fərmanı yerləşdirilib. Sənəddə bildirilir ki, baş nazirin müavini Vladislav Surkov tutduğu vəzifədən öz istəyi ilə azad edilib.
DOSTLARINLA PAYLAŞ: