Prezident baş naziri “baş nazircik” adlandırdı
20 Dekabr 2009 Bazar 01:55
Viktor Yuşşenko: “Yuliya Timoşenko cibindən milyonlar tökülən “qar qız”dır”
Ukrayna prezidenti Viktor Yuşşenko baş nazir Yuliya Timoşenkonun həyata keçirdiyi büdcə siyasətini improvizasiya hesab edir. O bunu Ukrayna millətçilərinin Forumunda bəyan edib: “Timoşenko-böhran simvoludur. Hər sahədə-ailədə, dövlətdə, iqtisadiyyatda, təhlükəsizlik siyasətində böhranın”. Ukrayna preziedntinin fikrincə, Yuliya Timoşenko hansı sahəyə əl atsa, həmin sahədə 30 gündən sonra mütləq böhran başlayacaq.
Viktor Yuşşenko baş nazirin büdcə siyasətini pisləyib: “Bizdə büdcə qətnaməsi yoxdur. Bizdə büdcə yoxdur. Bizdə seçkilər keçirilir və onun necə maliyyələşdirilədəyi barədə suala cavab verən yoxdur. Hansı büdcənin hesabına gələn ilin yanvar-fevral aylarında seçkiləri maliyyələşdirəcəyik?. Ölkə borc xəndəyinə doğru gedir. Baş nazircik isə getdiyi yerlərdə cibindən 50, 100 milyon tökülən "qar qız"dır. Bu ona bənzəyir ki, fəlakət içərisində kef edirik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: