Prezident baş nazirdən xahiş etdi
23 İyun 2013 Bazar 23:29
Fələstin prezidenti baş nazirin istefasını qəbul edib.
Fələstin prezidenti Mahmud Abbas baş nazir vəzifəsinə yenicə təyin edilən Rami Həmdallahın istefasını qəbul edib. Prezident ondan yeni baş nazir təyin edilənədək vəzifəsində qalmasını xahiş edib.
Həmdallah müavinləri ilə aralarındakı mübahisələrə görə ötən həftə istefa verib.
Rami Həmdallah Fələstinlilərin Nazirlər Kabinetinə cəmi iki həftə rəhbərlik edib.
Mahmud Abbasın Fətah partiyasının üzvü Həmdallah Fələstinin Səhm Birjasının rəhbəri və Mərkəzi Seçki Komissiyasının sədri olub.
DOSTLARINLA PAYLAŞ: