Prezident amerikalı diplomatları ölkədən qovdu
01 Oktyabr 2013 Çərşənbə Axşamı 10:02
Venesuela prezidenti diplomatların sürgün olunması ilə bağlı qərar verdi.
Venesuela prezidenti Nikolas Maduro, üç Amerikalı diplomatın ölkəsindən çıxarılması ilə bağlı qərar verib.

ANS PRESS-in İtar-Tass-a istinadən verdiyi xəbərə görə, rəsmi "Venezolana de Television" telekanalında çıxış edən Maduro, onları sağ meyilli qüvvələri maliyyələşdirməkdə və ölkənin elektrik enerjisi sisteminə qarşı təxribatlar törətməkdə ittiham edib.

Maduro çıxışında, diplomatların əməlləri ilə bağlı bir çox məlumatlara malik olduqlarını bildirib.

Qeyd edək ki, Venesuela ilə ABŞ arasında diplomatik münasibətlər 3 il bundan əvvəl bərpa edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar