Prezident ailəsinə məxsus olan evlər yandırılıb
07 Aprel 2010 Çərşənbə 23:20
Bir qrup gənc Bakiyevlərin evini talan edib
Qırğızıstanda müxalifətin etiraz aksiyaları zamanı paytaxt Bişkekdə prezident Kurbanbek Bakiyevin ailəsinə məxsus olan evlər yandırılıb. Hadisə şahidlərinin sözlərinə görə, Bakiyevlərin 3 evinin yerləşdiyi ərazidə güclü yanğın müşahidə edilir. Təqribən bir saat əvvəl bir qrup gəncin bu evləri talan etməyə başladığı bildirilib. Bakiyevlərə məxsus olan yaşayış kompleksi şəxsi evlər, kave və mağazalarla əhatə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar