Portuqallar yenidən küçələrə çıxdılar
27 Oktyabr 2013 Bazar 10:46
Hökumətin büdcə planı etirazlara səbəb olub.
Portuqaliyada hökumətin iqtisadi siyasətindən narazılıq əlaməti olaraq növbəti kütləvi nümayiş baş tutub. Paytaxt Lissabonda minlərlə insan parlamentdə müzakirə edilən və gələn il üçün nəzərdə tutulmuş büdcə layihəsinə qarşı etiraz aksiyası keçirib. Həmin büdcə layihəsi dövlət xərclərinin kəskin şəkildə məhdudlaşdırılmasını nəzərdə tutur. Əksəriyyətini təqaüdçülər, işsizlər və əlillərin təşkil etdiyi etirazçı kütlə "Soyğunçuluğa son verin" və "Diktatura" ifadələri yazılmış plakatlarla yürüş edib.
Portuqaliya hökumətinin büdcə vəsaitinə qənaət edilməsi tədbirləri görməsi onun Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondundan maliyyə yardımı almasının şərtlərindən biridir. 2011-ci ilin mayında Portuqaliya "Troyka" ilə 78 milyard avro dəyərində kredit proqramına dair razılığa gəlib.
DOSTLARINLA PAYLAŞ: