Portuqaliyada sel: 38 nəfər ölüb
21 Fevral 2010 Bazar 15:35
Portuqaliyada sel: 38 nəfər ölüb. 100-dən çox şəxs yaralanıb.
Portuqaliyanin Atlantik okeanındakı adası Madeyrada yağan gücü yağış nəticəsində ən azı 38 nəfər həlak olub. Ölkənin "Lusa" xəbər agentliyinin yerli rəsmilərə istinadən yaydığı xəbərə görə, daha 100 nəfər yaralanıb və onlardan ikisinin əməliyyata ehtiyacı var.
Qeyd edək ki, güclü yağış Portuqaliyadan 900 kilometr cənub-şərqdə yerləşən adada daşqınlara və sürüşmələrə səbəb olub. Adadakı hava limanı bağlanıb. Madeyranın paytaxtı Funşalin meri Migel Albukerke sakinlərə öz evlərini tərk etməməyi məsləhət görüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: