Portuqaliyada keçirilmiş prezident seçkisində qalib Anibal Kavaku Silva olub
24 Yanvar 2011 Bazar Ertəsi 12:15
Bu, hazırkı dövlət başçısı Anibal Kavaku Silvadır.
Portuqaliyada keçirilmiş prezident seçkisində qalib müəyyənləşib. Bu, gözlənildiyi kimi, hazırkı dövlət başçısı Anibal Kavaku Silvadır. Seçki bülletenlərinin 99,1 faizinin hesablanmasından sonra onun seçicilərin 53,1 faizinin səsini topladığı məlum olub.
Silvanın əsas rəqibi 74 yaşlı Manuel Aleqre isə seçicilərin 19,7 faizinin etimadını qazanıb. Ümumilikdə seçkidə seçicilərin 46,7 faizi səsvermə hüququndan istifadə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: