Portuqaliya prezidenti parlamenti buraxdı
01 Aprel 2011 Cümə 02:41
Növbədənkənar seçkilər iyunun 5-inə təyin edilib.
Portuqaliya prezidenti Anibal Kavaku Silva parlamenti buraxıb və iyunun 5-inə növbədənkənar parlament seçkiləri təyin edib. Məlumatı “Reuters” agentliyi yayıb. “Mən siyasi vəziyyətdəki açıq-aşkar deqradasiyanı, bunun hökumət və müxalifət üçün iqtisadi, sosial problemlərin həlli ilə bağlı razılığa gələ bilməsinə mane olduğunu nəzərə alaraq, yeni ümumxalq seçkilərini elan etmək qərarına gəldim”, - deyə Portuqaliya prezidenti bildirib.

Prezidentin qərarı martın 23-də baş nazir Joze Sokrateşin parlamentin hökumət tərəfindən təqdim olunan antiböhran tədbirləri planını rədd etməsinin ardınca istefasından sonraya təsadüf edib. Nazirlər Kabineti 2012 və 2013-cü illərdə büdcə kəsirini 3,7 faiz azaltmağı planlaşdırırdı.

Keçmiş baş nazir Joze Sokrateş ölkənin siyasi həyatında əhəmiyyətli rol oynamaqda davam edir. O, növbəti dəfə hakim Sosialist Partiyasının baş katibi vəzifəsinə seçilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar