Polşanın Çenstoxova şhərində yerləşən zoologiya mağazasından ümumi dəyəri bir neçə min dollar olan yüzlərlə nəhəng hörmüçək, onlarla suilanı və müxtəlif növlü kərtənkələlər oğurlanıb. ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə şənbə günü ölkənin bölgə polisinin nümayəndəsi Adam Yaximçak məlumat verib.
"Bu heyvan növləri Vaşinqton Konvensiyası (CITES) ilə saxlanılır, buna görə, ölkənin göstərişilə xüsusi sertifikat olmadan onların alınması və ya satılmasına görə beş illik həbs cəzası nəzərdə tutulub", - deyə o bildirib.
Onun sözlərinə görə, şəxsiyyəti məlumat olmayan cinayətkarlar mağzaya soxularaq heyvanları oğurlayıblar. Onları daha çox nəhəng hörmüçəklər “maraqlandırıb” ki, onlara da yalnız Mərkəzi və Cənubi Amerikada rast gəlinir.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar olaraq araşdırma aparır. /ANS PRESS/