Polşada şaxtadan beş nəfər ölüb
18 Dekabr 2009 Cümə 05:45
Qış girəndən ölkədə şaxta üzündən ölənlərin sayı 28-ə çatıb
Polşada güclü şaxtalar nəticəsində son sutkalar ərzində beş nəfər donaraq ölüb. Bu barədə məlumatı böhran vəziyyətlərinin monitorinqini həyata keçirən hökumət mərkəzi yayıb.
Ümumilikdə isə qış girəndən Polşada şaxtadan ölənlərin sayı 28-ə çatıb. Son günlərdə mərkəzi və cənubi yaşayış məntəqələri güclü qarla üzləşib, 12 dərəcə şaxta qeydə alınıb.
Pis hava şəraiti üzündə bir neçə dəmir yolu magcistralları və avtomobil yollarında hərkət dayandırılıb. Avtomobil qəzalarının sayında kəskin artım müşahidə olunur. Yalnız paytaxt Varşavada son 24 saat ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin sayı 100-ü ötüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: