Polşada prezident seçkiləri keçirilir
20 İyun 2010 Bazar 10:40
Bu gün Polşada növbədənkənar prezident seçkiləri keçirilir. APA-nın məlumatına görə, prezident postu uğrunda 10 namizəd mübarizə aparır.
Məhz bu iki şəxs seçkiöncəsi yarışmada lider olub. Bəzi analitiklər isə seçkinin qalibinin ikinci turda məlum olacağını proqnozlaşdırırlar.
Səsvermə bu gün yerli vaxtla saat 6.00-da (Bakı vaxtı ilə saat 9.00) başlayıb və 20.00-da (Bakı vaxtı ilə saat 23.00) bitəcək.
Qeyd edək ki, bu il aprelin 10-da Polşa prezidentinin Smolenks yaxınlığında qəzaya uğraması nəticəsində L. Kaçinski və həyat yoldaşı Mariya Kaçinskaya da daxil olmaqla 96 nəfər həlak olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: