Polşada ölənlərin sayı 9-a çatıb
29 May 2010 Şənbə 18:45
Daşqınlar nəticəsində ölkəyə 2,5 milyard avro ziyan dəyib.
Polşa hələ də daşqınlardan əziyyət çəkir. Təbii fəlakət nəticəsində daha bir nəfərin öldüyü bildirilir. Bununla da son günlər Polşada davam edən daşqınlar nəticəsində ölənlərin sayı 9-a, itkin düşənlərin sayı isə 3 nəfərə yüksəlib.
Ən kəskin vəziyyət isə ölkənin cənub-şərqində qeydə alınıb. Meteoroloqların sözlərinə görə, hazırda leysan suları şimal istiqamətində hərəkət edir. Hazırda Visla çayında suyun səviyyəsi 7 metr 40 sm. təşkil edir. Yaxın saatlarda isə çayda suyun səviyyəsinin daha 40 santimetr artma təhlükəsi var. Bu, 16 il ərzində Visla çayında qeydə alınan ən yüksək göstəricidir.
Hazırda Visla çayının ətraf ərziləri də basdığı bildirilir. İlkin hesablamalara görə təbii fəlakət nəticəsində dəyən ziyan 2,5 milyard avro dəyərindədir. Polşa höküməti maliyyə yardımı ilə əlaqədar olaraq Avropa ölkələrinə müraciət etmək fikrindədir.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: