Polşada donvurmadan ölənlərin sayı 70-ə çatıb
10 Dekabr 2010 Cümə 18:25
Dünən gecə daha 4 nəfər həlak olub
Avropa son illərin ən soyuq qışlarından birini yaşayır. Polşada noyabr ayından bəri davam edən kəskin soyuq və şaxta nəticəsində donaraq ölənlərin sayı 70-ə çatıb. Bu barədə Polşanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Onun sözlərinə görə, dünən gecə daha dörd nəfər donvurmadan həlak olub. Meteoroloqlar isə havanın temperaturunun gələn həftə -10 dərəcəyədək düşəcəyini proqnozlaşdırıb.

Almaniyada da davam edən güclü qar nəticəsində bəzi regionlar ətraf aləmdən təcrid olub. Aramsız yağan qar avtomobil və dəmir yollarının bağlanmasına, həmçinin hava limanlarında reyslərin çoxunun təxirə salınmasına səbəb olub. Pis hava şəraiti İspaniyada ölümlə nəticələnib. Daşqın nəticəsində 9 yaşlı uşaq ölüb.

Avstraliyanın şərq sahili ərazilərində baş vermiş daşqınlarla əlaqədar 45 icmada fövqəladə vəziyyət elan edilib. Aramsız yağışlar evləri basıb, taxıl ərazilərinə ziyan dəyib, 4 nəfər isə təbii fəlakətin qurbanı olub. Onlardan 3-ü Kuinslend ştatının sakinləridir. Minlərlə insan öz evlərini tərk etməli olub, daşqın təhlükəsi altında olan evlər və iş yerlərinin ətrafına qum kisələri qoyulub. Nyu Saus Uels ştatı da daşqından zərər çəkib.

Meteoroloqlar leysan yağışların davam edərək daha çox daşqınlara səbəb ola biləcəyini proqnozlaşdırır. Ötən gecədən etibarən Balkanlara yağan qar yağışı ilə əlaqədar olaraq bir sıra problemlər yaşanıb. Nəqliyyatın hərəkəti ləngiyib, yollarda baş verən qəzaların sayı isə artıb. Bosniyada temperatur 17 dərəcədən mənfi 6 dərəcəyə qədər düşüb. Qar yağışları çaylarda ad daşqınların artamsı səbəb olub.

Türkiyənin İstanbul şəhərində 20 gündür yağan yağışlardan sonra bu qışın ilk qarı yağıb. Səhər saatlarında sulu qar yağmağa başlayıb, daha sonra şəhərin Asiya hissəsindəki Maltəpə Başıböyük, Ataşehir Kayışdağı və Bəylikdüzü ərazilərində əməlli-başlı qar yağmağa başlayıb. Qar yağıntısının daha da güclənəcəyi proqnozlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar