Polşa təhlükədədir
23 May 2010 Bazar 21:25
Varşavada Visla çayında suyun səviyyəsi 700 santimetri keçib.
Polşa daşqınların cəngindən qurtara bilmir. Yerli TVN kanalının yaydığı məlumata görə, paytaxt Varşavada Visla çayında suyun səviyyəsi 700 santimetri keçib.

Lomianki vilayətində isə sakinlər daşqınlardan müdafiə olunmaq üçün qum kisələrindən bəndlər qurmağa başlayıb. Daşqınların qarşısının alınmayacağı təqdirdə vilayətdə məskunlaşan təxminən 15 min sakinin evlərinin su altında qalacağı bildirilir.

Xatırladaq ki, ötən həftə Polşada yağan güclü yağışlar daşqına səbəb olub və ən çox ziyan ölkənin cənub hissəsinə dəyib. Bununla belə Baltik dənizi boyunca su səviyyəsi artmış çayların şimala istiqamətlənməsi buradakı ərazilərin də təhlükə ilə üzləşməsinə səbəb olub. Qeyd edək ki, Polşada daşqınlar nəticəsində ölənlərin sayı 12-yə çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar