Polşa prezidentinin təyyarə qəzasına uğramasından bir il ötür
10 Aprel 2011 Bazar 05:22
Polşa və Rusiyada faicənin ildönümü ilə bağlı anım mərasimləri keçiriləcək.
Bu gün Polşada Rusiyanın Smolensk şəhəri yaxınlığında göyərtəsində Polşa prezidenti Lex Kaçiknski başda olmaqla rəsmi nümayəndə heyətinin olduğu təyyarənin qəzaya uğramasının ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək. Qəza nəticəsində Xatın hadisələrinin 70-ci ildönümü ilə bağlı tədbirə gedə 96 nəfərlik nümayəndə heyəti, o cümlədən, Polşa prezidenti və ölkənin birinci xanımı həlak olmuşdu.

Bu gün yerli vaxtla saat 07.20-də (Bakı vaxtı ilə 10.20) - Tu-154M təyyarəsinin yola düşdüyü anda Okençe hərbi aerodromunun uçuş-eniş zolağında ibadət ediləcək. Həlak olanların yaxınlarının xahişi ilə bu məraismdə siyasətçilər və KİV nümayəndələri iştirak etməyəcəklər. İbadət saat 08.41-ədək davam edəcək. Bir il əvvəl həmin saatda prezident təyyarəsi qəzaya uğrayıb.

İbadətdən sonra həlak olanların qohumları Polşa paytaxtındakı hərbi qəbiristanlığa gedəcəklər. Orada hazırkı Polşa prezidenti Bronislav Komorovskinin də iştirakı ilə rəsmi anım mərasimi keçiirləcək. Təyyarə qəzasının ildönümündə Varşava, Krakov və Polşanın digər şəhərlərində də anım mərasimlərinin keçirilməsi planlaşdırılır.

Həlak olan Polşa prezidentinin əkiz qardaşı, “Qanun və ədalət” müxalifət partiyasının lideri Yaroslav Kaçinski rəsmi anım mərasimlərinə qatılmaqdan imtina edib. O, bir il əvvəl baş vermiş faciəni öz proqramı ilə yad edəcək. Səhər messasından sonra Yroslav Kaçinski Prezident sarayının qarşısına gül dəstəsi qoyacaq. Onun Varşavanın mərkəzi küçəsindən Krakovadək şam və məşəllərlə axşam yürüşünə qoşulacağı da gözlənilir.

Təyyarə qəzasının ildönümü Moskvada da qeyd ediləcək. Yerli vaxtla saat 10.40-da (Bakı vaxtı ilə 11.40) şəhər sakinləri, eləcə də gənclər təşkilatlarının nümayəndələri Moskvadakı Polşa səfirliyinin binası qarşısında şam yandıracaqlar və gül düzəcəklər. Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar