Polşa prezidenti ikinci turda məlum olacaq
21 İyun 2010 Bazar Ertəsi 09:50
Polşada keçirilən prezident seçkilərində parlamentin aşağı palatasının sədri, prezidentin səlahiyyətlərini icra edən Bronislav Komorovski daha çox səs toplayıb.
APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ona seçicilərin 40,7%-i səs verib. B. Komovskinin əsas rəqibi olan Yaroslav Kaçinski isə seçicilərin 35,8% səsini yığa bilib.

Polşa qanunvericiliyinə görə, prezident seçkilərini udmaq üçün namizədlərdən biri seçicilərin 50%-dən çoxunun səsini toplamalıdır. Beləliklə, Polşa birinci turda prezidentini seçə bilməyib. İkinci tur iyulun 4-də keçiriləcək. Prezidentlik uğrunda B. Komorovski və Y. Kaçinski mübarizə aparacaqlar.

Qeyd edək ki, ilk turda 10 namizəd prezident postu uğrunda yarışıb.

Onu da əlavə edək ki, Y. Kaçinskinin əkiz qardaşı, Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi bu il aprelin 10-da Smolenks yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində L. Kaçinski və həyat yoldaşı Mariya Kaçinskaya da daxil olmaqla, təyyarədəki 96 nəfərin hamısı həlak olub. L. Kaçinskinin ölümündən sonra Polşada növbədənkənar seçkilər təyin olunub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar