Polşa prezidenti Bronislav Komorovski səlahiyyətlərinin icrasına başlayıb
06 Avqust 2010 Cümə 14:40
Bronislav Komorovski təntənəli şəkildə and içib.
Bronislav Komorovski bu gündən rəsmən Polşa prezidenti səlahiyyətlərinin icrasına başlayıb. Seymin plenar iclas zalında Bronislav Komorovskinin təntənəli inauqurasiyası keçirilib.
Konstitusiyaya əsasən, Bronislav Komorovski konstitusiyanın müddəalarına sadiq qalacağına, xalqın ləyaqəti, dövlətin müstəqilliyi və təhlükəsizliyinin müdafiəsində möhkəm dayanacağına,ölkənin rifahı və vətəndaşların firavanlığının təminatını daim özünün başlıca tələbi hesab edəcəyinə and içib.
Andiçmə mərasimində deputatlar və senatorlar, hökumət, din və silahlı qüvvələrin nümayəndələri, müxtəlif ölkələrdən diplomatlar, həmçinin eks prezidentlər Lex Valensa və Aleksandr Kvasnevski də iştirak edib. Ancaq Polşanın birinci prezidenti general Voytsex Yaruzelski və Bronislav Komorovskinin seçkidə əsas rəqibi Yaroslav Kaçinski qatılmayıb.
Xatılrladaq ki, Bronislav Komorovski keçmiş prezident Lex Kaçinskinin Rusiyanın Smolensk regionunda baş vermiş təyyarə qəzasında faciəvi ölümündən sonra keçirilən növbədənkənar parlament seçkisində qalib gəlib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: