Polşa ərazisi raket atəşinə tutuldu
29 Oktyabr 2009 Cümə Axşamı 00:35
ABŞ-ın “USS Ramage” hərbi gəmisi Qdın dəniz limanını tərk edərkən Polşa sahillərinə atəş açıb
Amerikanın “USS Ramage” hərbi gəmisi Qdın dəniz limanını tərk edərkən Polşa sahillərinə atəş açıb. Polşanın “TVN24” telekanalının verdiyi xəbərə görə, çərşənbə günü yerli vaxtla saat 10.40-da limanı tərk edən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidən ölkə sahillərinə üç dəfə atəş açılıb.

Məlumatı Polşa Hərbi Jandarmeriyasının mətbuat katibi Marçin Vyantsek də təsdiq edib.

“Hazırda jandarmeriya işi araşdırır. Nə dağıntı, nə də yaralı və ya ölənlər barədə məlumat yoxdur”, - deyə Vyantsek bildirib.

Telekanalın verdiyi məlumata görə, “USS Ramage” gəmisi limanı tərk edib, lakin sahilin yaxınlığındadır və insidentin araşdırılmasının başa çatmasını gözləyir.

Qeyd edək ki, sözügedən gəmi Polşanın Hərbi Dəniz Qüvvələri ilə birgə təlimlərdə iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar