Polşa çalxalanır
23 Aprel 2010 Cümə 12:35
Təyyarə qəzası olan yerdən 7 tapança tapılıb.
Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin Rusiyanın Smolensk vilayətində qəzaya uğramasından bir neçə dəqiqə sonra mobil telefonla çəkilən videogörüntü ilə bağlı araşdırma davam etdirilir.
Belə ki, Polşada böyük əks-səda doğuran 2.15 dəqiqəlik video bir rus kəndli tərəfindən cib telefonu ilə çəkilib. Vidoeda çəkiliş aparan kəndliyə doğru gələn Rusiya Federal Təhlükəsizlik Bürosunun bir agentinin əvvəl kəndliyə çəkiliş aparmaması üçün xəbərdarlıq edir, daha sonra cib telefonunu almağa çalışdığı əks olunub.
Qeyd edək ki, araşdırmalar zamanı hadisə yerindən 7 tapança tapıldığı bildirilir. Tamamilə yararsız hala düşən silahların qəza zamanı həlak olan yüksək rütbəli hərbçiləra aid olduğu ehtimal olunur.
Rus kriminalistləri isə hadisə yerindən tapdıqları qara qutunu qısa zamanda Polşaya göndərəcəklərini bildiriblər. Polşa kiriminalistlər isə bildiriblər ki, qara qutu onlara veriləndən sonra qəza haqqında daha ətraflı məlumatlara sahib olacaqlar.
Qeyd edək ki, aprelin 10-da Rusiya Fedarasiyasının Smolensk şəhəri yaxınlığında baş verən təyyarə qəzası zamanı Polşa prezidenti Lex Kaçinski ilə bərabər 88 nəfər yüksək rütbəli dövlət məmuru olmaqla ümumilikdə 96 nəfər həlak olmuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: