Varşavadakı leysan yağışları nəticəsində Polşanın baş naziri Donald Tuskun dəftərxana binasını su basıb. ANS PRESS, Polşa televiziyasına istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
İTAR-TASS-ın məlumatına görə, dolu ilə müşayiət olunan tufan təxminən bir saat davam edib. Təbii fəlakət nəticəsində onlarla ağac qırılıb, reklam lövhələri aşıb, zirzəmiləri, yeraltı keçidləri və tramvay yollarını su basıb. Aşmış ağaclar bir neçə avtomobili zədələyib. Leysanın nəticələrinin aradan qadırılması üçün şəhərboyu yanğınsöndürmə komandaları və xilasetmə briqadaları çalışır.
Qeyd edək ki, dəftərxaansını su basdığı gün Donald Tusk Polşanın seldən əziyyət çəkən cənub rayonlarına səfərdə olub. O, yerli sakinlərlə görüşüb və onlara dövlət tərəfindən yardım göstəriləcəyinə söz verib. /ANS PRESS/