Rusiya və Polşa 2010-cu ildə qaz tədarükünə dair razılıq əldə edə bilməyib. Lakin danışıqlar tezliklə davam etdiriləcək. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə cümə axşamı Polşanın Maliyyə Nazirliyindən məlumat verilib.
Nazirliyin yaydığı məlumata görə, tərəflər Rusiya - Polşa birgə müəssisəsi olan “Europolgaz”ın idarə olunması üzrə fikir ayrılığını aradan qaldıra bilməyib.
Xatırladaq ki, Polşa hazırda ölkənin qaza olan tələbatının yarıdan çoxunu Rusiyanın hesabına ödəyir və 2010-cu ildən etibarən 2,5 milyard kubmetr qazın alınmasına dair danışıqlar aparır. /ANS PRESS/