Polisler kamera nezaretinde olacaq
15 Avqust 2013 Cümə Axşamı 07:55
Polislerin insanlara qarşı zorakılıq etmeleri ile bağlı şikayetlerin artması selahiyyetlilerin yeni tedbirler almasına sebeb olub.
Nyu York polisi artıq üzərində kamera olmadan küçəyə çıxa bilməyəcək. ANS PRESS-in “CNN”-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın Nyu York ştatında polislərin insanlara qarşı zorakılıq etmələri ilə bağlı şikayətlərin artması səlahiyyətlilərin yeni tədbirlər almasına səbəb olub.
Belə ki, yeni qaydalara görə, polislərin üzərinə kiçik ölçülərdə olan bədən kameraları yerləşdiriləcək. Səlahiyyətlilər polisin üzərində gəzdirdiyi kameranın bir tərəfdən təhlükəsizlik qüvvələrinə qarşı olan inamı geri qaytaracağını, digər tərəfdən də polisin sərt rəftardan cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını almaqda faydalı olacağını bildiriblər.
Hazırda ABŞ-da 3 mindən çox polis zabiti bu kameralardan istifadə edir.
Federal bölgə məhkəməsinin Nyu York polisi ilə bağlı aldığı bir digər qərar isə polisin “dayandırma və axtarış” səlahiyyətlərini ləğv etmək olub. Ancaq daha sonra bu qərar konstitusiyaya zidd olduğu üçün ləğv edilib.
DOSTLARINLA PAYLAŞ: