Polise dollar atdılar
18 İyul 2013 Cümə Axşamı 23:51
Qalatasaray Liseyi qarşısına toplanan aksiyaçılar hebs olunanların azad olunmalarını teleb edibler.
Bu gün axşam saatlarında Türkiyədə daha bir etiraz aksiyası keçirilib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir dəstə şəxs Qalatasaray liseyi qarşısına toplanaraq, Gəzi Parkı hadisələrində həbs olunanların sərbəst bıraxılmalarını tələb ediblər.
Aksiyaçılar, lisey qarşısında təhlükəsizlik tədbirləri görən polislərin üzərinə saxta dollar əskinasları atınca, polis və nümayişçilər arasında qarşıdurma yaranıb. Qısa müddət davam edən qarşıdurmada polislər aksiyanı dağıtmaq üçün bibər qazından istifadə etməli olub.
Polisinn bibər qazından istifadə etdiyini görən aksiyaçılar, dağılmağa məcbur olublar.
DOSTLARINLA PAYLAŞ: