Polise 624 il hebs cezası verildi
04 Avqust 2013 Bazar 16:56
25 polis emekdaşı mehkumlara fiziki şiddet tetbiq etmekde günahlandırılıb.
Braziliya məhkəməsi 25 polisə 624 il həbs cəzası verib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, polislər 2 oktyabr 1992-ci ildə Sao Paulodakı Karandiru həbsxanasında baş verən və 111 nəfərin ölümü ilə nəticələnən üsyan zamanı məhkumlara fiziki şiddət tətbiq etməkdə günahlandırılıblar.
Polislərin 52 məhkumun ölümünə səbəb olduqları bildirilib. Polis əməkdaşlarından 9-un hələ də vəzifədə olduğu və onların işdən çıxarılacağı qeyd edilib.
624 il həbs cəzası alan polislər apelyasiya məhkəməsinə müraciət ediblər. Apelyasiya şikayəti ilə bağlı məhkəmə prosesi davam edərkən şübhəlilərin şərti azadlığa buraxılacaqları açıqlanıb.
Qeyd edək ki, ölkə qanunlarına görə, bir nəfər ən çox 30 il həbs cəzası ala bilər.
DOSTLARINLA PAYLAŞ: