Polis yeməkxanasını partlatdılar
06 İyul 2013 Şənbə 00:59
Bombanı partlatması 12 nəfərin ölümünə səbəb olub.
Bu gün Əfqanıstanın Uruzqan vilayətində intiharçının polis yeməkxanasına girərək bombanı partlatması 12 nəfərin ölümünə səbəb olub. Vilayət rəsmiləri dediyinə görə, hadisənin baş verdiyi polis məntəqəsindən Talibanın nəzarətində olan qonşu Qəndəhar vilayətinə gedən əsas yolun keşiyinin çəkilməsində istifadə edilir.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb. Müstəntiqlər intiharçının polis yeməkxanasına daxil olmaq üçün yoxlama məntəqəsindən necə keçdiyini araşdırırlar.

Bu gün eləcə də, Pakistanla Əfqanıstan sərhədində intiharçı hücumu zamanı sərhəd polis komandirinin və bir mülki vətəndaşın öldüyü bildirlir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar