Polis Ralli pilotunu saxlayaraq sənəd istədi
30 İyul 2012 Bazar Ertəsi 04:51
Yarış rəsmiləri bunun zarafat kimi hadisə olduğunu qeyd edib.
Türkiyə ralli çempionatının 6-cı mərhələsi olan “Ford Otosan Kocaeli Rallisi”ndə qeyri-adi hadisə baş verib. Yerli mətbuatın yaydığı məlumata görə, texniki servisdən yarışın keçirildiyi meydana getmək üçün şəhərdaxili yoldan istifadə edən pilotlar yol polisi tərəfindəb saxlanılıb. Yarış iştirakçılarından sürücülük vəsiqəsi, etibarnamə istəyən polis əməkdaşları onlara cərimə olunacaqlarını bildirib.

Pilotlar ralliçi olduqlarını və burda vaxt itirərək yarışa geciktiklərini desələr də problem ancaq yarış təşkilatçılarının şəhər yol polisi idarəsinə zəng vurmasından sonra həllini tapıb. Yarış rəsmiləri isə bunun zarafat kimi hadisə olduğunu qeyd edib.






DOSTLARINLA PAYLAŞ:

oyunlar