Polis patrulu atəşə tutulub
30 İyun 2013 Bazar 06:07
İnsidentin bütün təfərrüatları müəyyənləşdirilir.
İnquşetiyada silahlı insident nəticəsində 4 polis əməkdaşı yaralanıb. “İTAR-TASS”ın verdiyi məlumata görə, ötən gün yerli vaxtla saat 21.40-da (Bakı vaxtı ilə 22.40-da) Sunjen rayonunun Çemulqa və Arştı kəndləri arasında polis patrulu atəşə tutulub.
"Ərazidə patrul çəkən Sunjen rayon daxili işlər idarəsinin əməkdaşları şübhəli şəxsə rast gəlib. Onu saxlayıb sənədlərini yoxlamaq cəhdi zamanı kənardan qumbaraatandan atəş açılıb”, deyə agentliyə respublika DİN-dən bildirilib.
Nəticədə 4 polis əməkdaşı kontuziya alıb. İnsidentin bütün təfərrüatları müəyyənləşdirilir.
DOSTLARINLA PAYLAŞ: