Polis maşını partladılıb
19 İyul 2013 Cümə 08:07
Patrul xidməti aparan polis maşınına hücumda 1 polis ölüb, 4-ü yaralanıb.
İraqın şimalındakı Səlahəddin şəhərinə bağlı Tuzhurmatu rayonunda polis patruluna naməlum şəxslər tərəfindən raket hücumu olub. Nəticədə 1 polis ölüb, 4 nəfər də yaralanıb.

Tuzhurmatu rayonunun polis rəisi Həsən əl-Beyati, patrul xidməti aparan polislərə Süleyman bəy sahəsindəki ana yoldan keçdiyi zaman bombalı hücum təşkil edildiyini təsdiq edib.

Beyati qeyd edib ki, partlamanın şiddətindən zirehli patrul maşınına da ciddi ziyan dəyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar