Polis Atatürkün heykəli qarşısında intihar etdi
04 Noyabr 2009 Çərşənbə 17:15
Hadisə yerinə gələn təcili yardım onu xilas edə bilməyib
Türkiyədə polis əməkdaşı Mustafa Narat, “Mahal” meydanındakı Atatürkün abidəsi önündə tapançayla başına atəş açaraq intihar edib. Hadisə, bu gün səhər saat 08.30-da baş verib.
Dörd il əvvəl Türkiyənin Çorlu vilayətinə təyinat alan polis 3 uşaq atası olub. O, mülki geyimdə intihar edib .
Polis abidənin bünövrəsi üzərinə çıxıb. Onun məqsədini başa düşən ətrafdakılar polisə xəbər veriblər. Bir müddət sonra qışqırmağa başlayan Mustafa Narat, üzərindəki gödəkçəsini, köynəyini və ayaqqabısını çıxarıb və tapançasını başına dirəyib. Hadisə yerinə gələn həmkarları onu dilə tutmağa çalışsalar da, bu bir nəticə verməyib.
Ağır yaralanan polis xəstəxanaya apaırlıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İntiharın səbəbləri bilinmir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: