Polis Aşura gününü qeyd edən şiələrə hücum etdi
26 Dekabr 2009 Şənbə 22:30
Hadisə həmin günün qeyd olunmasının qadağan olunduğu Kəşmir ştatında baş verib
Srinaqar şəhərində (Kəşmir ştatı) şiə müsəlmanlar ilə polis arasında qarşıdurma baş verib. Polis əməkdaşları İslam peyğəmbəri Mühəmmədin (s) sevimli nəvəsi İmam Hüseynin şəhid olduğu Aşura gününü qeyd etmək istəyən yüzlərlə şiəni qovmaq üçün gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə etmək məcburiyyətində qalıb.

Polislə aksiya iştirakçıları arasında baş verən toqquşma zamanı jurnalistlər də daxil olmaqla 60 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bundan əlavə, polisin bəyanatına görə, 50-dən artıq insan həbs olunub.

Qeyd edək ki, Kəşmirdə bu kimi tədbirlərin keçirilməsi 1989-cu ildən qadağan olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar