Polis 140 uşağı xilas edib
20 Dekabr 2010 Bazar Ertəsi 22:50
İnsan alveri qurbanlarının əksəriyyəti 6 yaşlı uşaqlar olub
Polis Qabonda insan alveri qurbanı olan yüzdən çox uşağı xilas edib. Bu barədə İnterpol məlumat yayıb. Məlumata görə, əməliyyat nəticəsində 140 uşaq xilas edilərək sığınacağa göndərilib. Xilas edilən insan alveri qurbanlarının əksəriyyəti 6 yaşlı uşaqlar olub.
Məlumata görə, araşdırmalar zamanı məlum olub ki, xüsusi adlar verilmiş uşaqlar əslində 10-dan çox müxtəlif ölkələrdə doğulmuş uşaqlardır.
DOSTLARINLA PAYLAŞ: