Poladın Ulubeye qarşı planı baş tutacaqmı?
08 Fevral 2011 Çərşənbə Axşamı 01:10
“Kurtlar Vadisi Pusu” filminin 112-ci seriyası fevralın 10-da nümayiş olunacaq
“Kurtlar Vadisi Pusu” serialının yeni – 112-ci seriyasının kadrları yayımlanıb. Xatırladaq ki, 111-ci seriya başa çatarkən filmın finalında naməlum bir şəxs Abdulheyin başına silah tutmuşdu.

Abdulhey Çobanın başına silah tutan kimdir? Abdulhey girovmu götürüləcək? Polad Alemdarın Ersoy Ulubeyi yaxalamaq üçün hazırladığı plan baş tutacaqmı? Silahlı hücuma məruz qalan Şərəf Zazaoğlu və adamları öldürüləcəkmi? Ersoy Ulubey və adamlarının həyata keçirdiyi hücum məkanında Polad və adamlarını necə bir sürpriz gözləyir?

“Pusu” azarkeşləri bu və s. bu kimi sualların cavabını yeni – 112-ci seriyada tapa biləcək. “Kurtlar Vadisi Pusu” filminin 112-ci seriyası fevralın 10-da nümayiş olunacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar