Poker turnirinə silahlı basqın
06 Mart 2010 Şənbə 23:25
Silahlı soyğunçular alman qumarbazlarının 800 min avrosunu oğurlayıb
Berlində poker turnirinin iştirakçıları silahlı soyğunçuların hücumuna məruz qalıb. Grand Hyatt otelində keçirilən turnir zamanı içəri daxil olan maskalı şəxslər uduş fondunun bir hissəsini oğurlayıblar. Soyğunçuların əsas oyun zalına daxil olması iştirakçılar arasında çaxnaşmaya səbəb olub ki, nəticədə bir neçə nəfər kiçik xəsarətlər alıb.
Uduş fondunun bir hissəsini götürən soyğunçular qaçmağa müvəffəq olublar. Hazırda nə qədər pulun oğurlanması hesablanılsa da, alman qəzetlərindən biri silahlı şəxslər tərəfindən təqribən 800 min avronun ələ keçirildiyini bildirib. Avtomat, bıçaq və qumbara ilə silahlanmış şəxslərin sayı isə altı nəfər olub.
Martın 7-də başa çatmalı olan Almaniyanın ən böyük poker turnirində 400 poker oyunçusu iştirak edir. Turnirin uduş fondu isə 1 milyon avro məbləğindədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: