Poçtalyonun evindən 400 kiloqram məktub tapıldı
18 May 2013 Şənbə 10:26
Məktublar 2009-cu ildən saxlanılaraq ünvana çatdırılmayıb.
İtaliya polisi evində 400 kiloqram məktub saxlayan poçtalyonu həbs edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, poçtalyonun tənbəlliyindən məktubları ünvanlara çatdırmadığı bildirilir.
Şəhər polis rəisininin sözlərinə görə, yerli sakinlər çoxdandır ki, polisə bir sıra mühüm sənədlərin ünvana çatmadan itməsindən şikayət ediblər.
Polis poçt əməkdaşının evində axtarış etmək qərarına gəlib və evin zirzəmisindən ünvana çatmayan xeyli sayda məktub aşkar edib. Bunlardan bəziləri 2009-cu ildən göndərilib.
Yerli otel sahibinin sözlərinə görə, poçtalyon içki düşkünü olub. Bu səbəbdən onun tənbəllik edərək məktubları çatdırmadığı güman olunur. Baxmayaraq ki, o, məktubları sahiblərinə çatdrmayıb, onları səliqə ilə kateqoriyalara uyğun şəkildə toplayıb.
Buna görə poçtalyonu 3 ilədək azadlıqdan məhrumetmə gözləyir.
DOSTLARINLA PAYLAŞ: