Playboyun sahibi özündən 60 yaş kiçik qız nişanladı
27 Dekabr 2010 Bazar Ertəsi 03:25
Hefner: “Nişan üzüyünü Kristala verəndə göz yaşlarını saxlaya bilmədi”
Məhşur “Playboy” jurnalının müdiri, qısa adı “Hef” olan 84 yaşlı Huq Hefner üçüncü dəfə ailə qurmağa hazırlaşır. Yaşlı biznesmen “Playboy” mankeni olan 24 yaşlı Kristal Harrisle nişanlanıb. Bu barədə məlumatı Hef ictimai şəbəkə saytı olan “Twitter” səhifəsində özü yayıb. “Nişan üzüyünü Kristala verəndə göz yaşlarını saxlaya bilmədi. Bu, yadımda qalan ən gözəl həftə sonu yeni ili idi” – deyə 84 yaşlı Hef yazıb.
DOSTLARINLA PAYLAŞ: