Platini 2015-ci ilədək vəzifəsində qalacaq
24 Dekabr 2010 Cümə 17:50
UEFA-nın iclasında qurumun rəhbərliyinə fransalı mütəxəssisdən başqa heç kim namizədliyini irəli sürməyib
UEFA-nın hazırki prezidenti Mişel Platini 2015-ci ilədək vəzifəsində qalacaq. Bu barədə məlumat UEFA-nın rəsmi saytında yer alıb. UEFA-nın iclasında qurumun rəhbərliyinə Platinidən başqa heç kim namizədliyini irəli sürməyib.

Seçim zamanı tək namizəd qaldığından prezidentlik avtomatik olaraq yenidən 55 yaşlı fransalı futbol mütəxəssisinə həvalə edilib. Dünya futbolunun canlı əfsanələrindən olan Platininin prezidentliyi UEFA-nın 35-ci qurultayında təsdiq olunacaq.

Xatırladaq ki, Mişel Platini 2007-ci il yanvarın 26-da UEFA-nın Düsseldorf şəhərində keçirilən konfransında UEFA prezidenti seçilib. O, eyni zamanda FİFA-nın vitse-prezidentidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar