114 yaşlı qadın uzunömürlüyün sirrini açıb.
Planetin ən qoca qadını rəsmi surətdə elan edilib. ANS PRESS-in məlumatına görə, bu ada 114 yaşlı yaponiyalı qadın layiq görülüb. Misao Okava adlı qadın Ginnesin rekordlar kitabına qeydiyyata düşüb.
Hazırda Ginnesin Rekordar Kitabının yeni üzvi qocalar evində qalır. Bu ad ona martın 5-də qeyd edəcəyi 115 yaşı üşün ən gözöl hədiyyə olub.
Okava 1898-ci ildə milli yapon geyimi olan kimano tikən ustaların evində doğulub. 1919-cu ildə ərə gedib. Onun 3 uşağı, 4 nəvəsi və 6 nəticəsi var. Qadın həyatı boyu bir dəfə də olsun ciddi xəstəlik keçirməyib.
Qadın uzunömürlülüyün sirri ilə bölüşüb. Onun sözlərinə görə, 100 yaşına çatmaq üçün bir şərt var - Öz sağlamlığınıza diqqət edin. Onun qeydinə qalın.
Qeyd eədk ki, dünyanın ən yaşlı kişisi adına layiq görülən şəxsdə Yaponiya sakinidir. Dziroemon Kimuranın 115 yaşı var.