Planetdə ilk tam Günəş tutulması başa çatıb
12 İyul 2010 Bazar Ertəsi 11:40
Nadir təbiət hadisəsini yalnız cənub yarımkürəsindən müşahidə etmək mümkün olub.
2010-cu ildə ilk dəfə baş verən tam Günəş tutulması başa çatıb. APA-nın məlumatına görə, bu nadir təbiət hadisəsini yalnız planetin cənub yarımkürəsində müşahidə etmək mümkün olub. Ayın təqribən 260 kilometr uzunluğunda olan kölgəsi Kuk və Pasxa adalarından, Fransız Polineziyasından keçərək Çili və Argentinanın cənubuna çatıb. Günəş tutulması Bakı vaxtı ilə 23.15-də başlayıb 01.51 də başa çatıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar