PKK Türkiyə təhlükəsizlik qüvvələrinə hücum etdi: 5 yaralı
17 İyul 2010 Şənbə 02:00
Qumbaratanlarla silahlanmış terrorçularla təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında atışma hələ davam edir.
PKK terror təşkilatının üzvləri Türkiyənin Siirt vilayətinin Pervari qəsəbəsində təhlükəsizlik qüvvələrinə hücum edib. Hadisə yerlİ vaxtla saat 22.00-da (Bakı vaxtı ilə 0.00) qeydə alınıb. PKK-çılar hücumda qumbaratanlardan istifadə ediblər.
Təhlükəsizlik qüvvələri dərhal cavab atəşi açıb və silahlı qarşıurma olub. PKK-çıların açdığı ilk atəş nəticəsində təhlükəsizk qüvvələrinin 5 əməkdaşı yaralanıb. Yaralılar Pervari dövlət xəstəxanasına aparılıblar.
Hazırda qəsəbədə elektrik enerjisi yoxdur. Hələ də atəş səslərinin gəldiyi bildirilir. anspress
DOSTLARINLA PAYLAŞ: