PKK Türkiyə parlamentində siyasi nümayəndəsini seçdi Nürəddin Demirtaş
02 Fevral 2010 Çərşənbə Axşamı 00:50
Nürəddin Demirtaş Türkiyənin tanınmış müğənnisi Mahsun Kırmızıgül və aktyor Yılmaz Erdoğanı kürd dilində filmlər çəkməyə çağırıb.
Türkiyədə Konstitusiya Məhkəməsinin qərarı ilə fəaliyyəti dayandırılan Demokratik Toplum partiyasına (DTP) alternativ yaradılan Barış və Demokratik partiyası (BDP) ilk qurultayını keçirib. PKK terror təşkilatının parlamentdəki siyasi cinahı hesab olunan partiyanın sədri vəzifəsinə Diyarbəkir millətvəkili Nürəddin Demirtaş seçilib. Qeyd edək ki, qurultay başlayanda Türkiyənin dövlət himni oxunmayıb, PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın şəkilləri açılıb və lehinə şüarlar səsləndirilib.

Nürəddin Demirtaş çıxışında hökuməti tənqid edib və “demokratik açılım” prosesinin sadəcə xalqı aldatmaq olduğunu deyib. Bundan başqa N. Demirtaş Türkiyənin tanınmış müğənnisi Mahsun Kırmızıgül və aktyor Yılmaz Erdoğana səslənərək onları kürd dilində filmlər çəkməyə çağırıb və kürdlərin assimliyasiyaya qurban gedə biləcəyini deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar