PKK türk əsgərlərinə hücum etdi: 8 ölü, 14 yaralı
19 İyun 2010 Şənbə 12:10
PKK türk əsgərlərinə hücum etdi: 8 ölü, 14 yaralı. 12 terrorçu zərərsizləşdirilib.
Türkiyənin İraqla sərhəd Hakkari bölgəsinin Şemdinli rayonunda PKK terror təşkilatı türk əsgərlərinə hücüm edib. CNN Türk-ün məlumatına görə, silahlı qarşıdurma nəticəsində 8 əsgər ölüb, 14-ü yaralanıb. İlkin məlumata görə, 12 terrorçu zərərsizləşdirilib.
Yaralı əsgərlərin bir hissəsi Şemdinli Dövlət Xəstəxanasına, bir hissəsi isə Hakkari Hərbi xəstəxanasına aparılaraq, əmaliyyata alınıb.
Hadisə yerinə əlavə qüvvə göndərilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: