PKK terrorçuları Vatikanın ofisini ələ keçirdi
19 Aprel 2012 Cümə Axşamı 06:42
Ofisə girən 20-yə yaxın terrorçu PKK lideri Abdullah Öcalanın lehində şüarlar səsləndirib.
PKK terror təşkilatının bir qrup üzvü Vatikanın mətbuat ofisini işğal edib. İtaliyanın “Adnkronos” agentliyinin yaydığı məlumata görə, ötən gün səhər vaxtı ofisə girən 20-yə yaxın terrorçu PKK lideri Abdullah Öcalanın lehində şüarlar səsləndirib. Terrorçular kürd problemini gündəmə gətirmək üçün bu addımı atdıqlarını deyiblər. Qeyd edək ki, ofis əməkdaşlarından biriylə görüşən aksiyaçılar daha sonra işğala son veriblər.
DOSTLARINLA PAYLAŞ: