PKK terrorçuları Türkiyədə gəmi qaçırılıblar
11 Noyabr 2011 Cümə 23:30
Türkiyədə Gölcük - Değirmendere marşrutu ilə sərnişin daşıyan "Kartepe" adlı dəniz avtobusu terrorçular tərəfindən qaçırılıb.
APA-nın İHA agentliyinə istinadən verdiyi xəbərə görə, gəmidə 25 sərnişin var.
Qaçırılan gəmini sahil təhlükəsizlik katerləri müşayiət edir.
Koçaeli Bələdiyyə Başçısı İbrahim Karosmanoğlu deyib ki, dəniz avtobusunun hansı məqsədlə qaçırıldığı məlum deyil. Gəminin kapitanı Habertürk telekanalına canlı yayımda telefonla bildirib ki, gəmi PKK terror təşkilatının qolu olan HPG üzvləri tərəfindən qaçırılıb. O deyib ki , terrorçularda silah və partlayıcı var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar